Dünya

ABŞ-da hər həftə 100 kilsə bağlanır

21 Aprel 2019 11:29
1 Şərh     Baxış: 713

"ABŞ-da həftədə ən az 100 kilsə bağlanır. Son illərdə kilsələrdə baş verən utancverici qalmaqallar üzündən ABŞ-da minlərlə kilsənin qapısına qıfıl vurulub".

Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bu, ABŞ-ın ictimai rəy institutu olan "Gallup" tərəfindən aparılan araşdırma hesabatında öz əksini tapıb. "Gallup" tərəfindən 50 ştatda təsadüfi seçimlə 14 min nəfər arasında sorğu keçirilib və hesabat hazırlanıb.

Aparılan araşdırmaya görə, son 20 ildə ABŞ-da kilsələrə üzvlük 70 faizdən 50 faizə düşüb: "1990-cı illərdə kilsələrə üzvlük 70 faiz ətrafında idi, hazırda isə bu rəqəm 50 faizə düşüb".

Hesabata görə, üzvləri olmadığı üçün hər il minlərlə ABŞ kilsəsi bağlanır: "ABŞ-da üzvlük itkisindən dolayı həftədə ən az 100 kilsə bağlanır. Bağlanan kilsələrin yerində pivə zavodları, bar və oyun sahələri inşa edilir".

Sosioloqlar son illərdə baş verən qalmaqalların kilsələrə olan etimadın azalmasından mühüm rol oynadığı fikrindədirlər.

Milli.Az 

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Tam Maxfi · 21 Aprel 12:3910

    Dayi aq oldu.Heftede 1 kilse.Dayi deki ABS dovleti kilselerden ibaretdi.Tutalimki beledi.Hansisa bir neferin gunahi ucbatindan insanlar Allahsiz olur.Yaxsi bu insan pis yola dusub bes senki dindar ve ya uretinde Allah esqi olan adamsan.Yox bu yol verilmezdi.Sadece insanlar getdikce Allahsizliqa,qanunlara riyayet etmemeye,sellim ve azad yasamaq isteyirler.Nece deyerler ne isteyirem onuda edim.Buda olmaz.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.