Dünya

Zelenskinin namizədliyi ləğv oluna bilər

20 Aprel 2019 22:09
0 Şərh     Baxış: 1 039

Kiyev apellyasiya məhkəməsi prezidentliyə iddialı olan şoumen Vladimir Zelenskinin seçkilərdə namizədliyinin götürülməsi ilə bağlı iddiaya baxacaq.

Milli.Az ONA.az-a istinadən xəbər verir ki, bu barədə RİA Novosti vəkil Andrey Xilkoya istinadən məlumat yayıb.

O bildirib ki, məhkəməyə seçkilərdə rəsmi müşahidəçi kimi müraciət edib.

Vəkil qeyd edib ki, Zelenskinin namizədliyinin götürülməsi ilə bağlı məsələyə bu gün axşam saatlarında baxılacaq.

Xatırladaq ki, bir müddət əvvəl Zelenski Rusiyaya səfərlərlə bağlı yalan məlumat verməkdə ittiham olunub.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.