Dünya

Qar 60-dan çox kəndin yolunu bağladı – İranda

20 Aprel 2019 21:52
0 Şərh     Baxış: 1 412
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Vərzəqan rayonunda güclü qar yağış nəticəsində 60-dan çox kəndlə əlaqə yolu bağlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Şərqi Azərbaycan vilayəti Vərzəqan rayonu yol idarəsinin rəisi Cabir Həbibi İSNA-ya açıqlamasında deyib.

C.Həbibinin sözlərinə görə, rayonun Xarvana bölgəsində qarın hündürlüyü 40 santimetrdən çoxdur.

Həbibi əlavə edib ki, qar yağışı qışda yağan qara bənzəyir: "Rayonun əsas yolları açıqdır. Kənd yollarının açılması üçün qarın təmizlənməsi əməliyyatı sürətlə davam edir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.