Dünya

İsrail rus S-300-lərinin qarşısını almağın yolunu tapdı

20 Aprel 2019 16:24
0 Şərh     Baxış: 1 278
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail Rusiyanın S-300 sistemlərinin yaxalaya bilməyəcəyi yeni hava-yer tipli supersonik "Rampage" raketlərini hazırlayıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Telepolis" nəşrinin jurnalisti Florian Retçer yazıb.

Onun sözlərinə görə, İsrail hərbçiləri yeni raketləri ötən həftə Suriya ərazisinə zərbələr zamanı istifadə edib.

"İsrail bu raketlərə Rusiyanın Suriyada S-300 komplekslərini yerləşdirməsinin nəticəsi, həmçinin rus HHM sistemini aldada biləcək vasitə kimi yanaşır", - jurnalist bildirib.

Retçer bundan sonra Rusiyanın artıq S-400 zenit raket komplekslərinin imkanlarını nümayiş etdirməli olacağını vurğulayıb.

Qeyd edək ki, "Rampage" raketləri xüsusi olaraq HHM sistemləri tərəfindən çox yaxşı müdafiə olunan hədəfləri vurmaq üçün yaradılıb. Raket növbə ilə partlamaq imkanına sahib iki döyüş başlığına sahibdir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.