Dünya

Etiraz aksiyasında güllə qadın müxbirə dəydi, öldü - FOTO

20 Aprel 2019 12:34
0 Şərh     Baxış: 1 634
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Jurnalistin ölümünə görə iki yeniyetmə saxlanılıb.

Milli.Az The Sun-a istinadla xəbər verir ki, Şimali İrlandiyanın polis departamentindən verilən məlumata görə 18 və 19 yaşlı iki yeniyetmə 29 yaşlı jurnalistin ölümünə görə tutulub.

Lyra McKee adlı müxbir cümə axşamı günü etiraz aksiyasının keçirildiyi yerdən reportaj hazırlayarkən etirazçılardan birinin silahından çıxan gülləyə tuş gəlib.

O, hadisə yerindəcə keçinib. Jurnalist ölümündən bir neçə dəqiqə əvvəl aksiyadan foto paylaşaraq: "Derri şəhərində bu dəqiqə tamamilə anormal vəziyyət var", - sözlərini yazıb.

Onun öldüyü anlar təhlükəsizlik kameralarına düşüb.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.