Dünya

Makron Türkiyəni qəzəbləndirdi

20 Aprel 2019 09:54
0 Şərh     Baxış: 2 373
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Xarici İşlər Nazirliyi Fransa prezidenti Emmanuel Makronun PKK terror qruplaşmasının Suriya qolu - PYD/YPG tərəfindən idarə edilən qondarma Suriya demokratik qüvvələrinin nümayəndə heyəti ilə görüşünü pisləyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə XİN-nin rəsmi nümayəndəsi Hami Aksoyun bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Terror təşkilatının Suriya qoluna süni legitimlik qazandırmaq məqsədini güdən bu təşəbbüs, çox yanlış addımdır. Türkiyə Suriyanın ərazi bütövlüyü və birliyinə qarşı yönəldilən hərəkətlərdən yayınmağa çağırır".

Qeyd edilir ki, Türkiyə öz milli təhlükəsizliyinin təmin edilməsi üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirməkdən çəkinməyəcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.