Dünya

O, dünyada ikinci ən varlı adamdır

20 Aprel 2019 15:00
2 Şərh     Baxış: 1 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı sahibkar Bill Qeytsin sərvəti 100 milyard dolları ötüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Forbes" jurnalı bildirir ki, onun sərvəti aprelin 16-sı "Microsoft" şirkətinin səhmlərinin qiymətinin qalxması ilə əlaqədar 100 milyard dolları ötüb.

Jurnalın məlumatına əsasən, dünyanın ən varlı insanları sıralamasında B.Qeytsi yalnız "Amazon" şirkətinin rəhbəri Ceff Bezos qabaqlayır. C.Bezosun sərvəti təxminən 153 milyard dollardır.

İlk dəfə B.Qeytsin sərvəti 100 milyard dolları 1999-cu ildə ötüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.