Dünya

Tramp Türkiyəyə səfər edəcək?

19 Aprel 2019 12:59
Baxış: 1 481
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rəsmi Ankara ABŞ Prezidenti Donald Trampın Türkiyəyə səfər edəcəyinə ümid edir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

İ.Kalın bildirib ki, Ankarada D.Trampı qəbul etməyə hazır olduqlarını dəfələrlə bəyan ediblər və Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ştatlar liderini şəxsən Türkiyəyə dəvət edib.

O əlavə edib ki, ABŞ Prezidenti Administrasiyasından D.Trampın cari il ərzində Türkiyəyə səfərini istisna etmirlər.

Rusiyadan S-400 zenit-raket komplekslərinin alışına gəlincə, İ.Kalın qeyd edib ki, Ankara müvafiq qərarı milli maraqlardan çıxış edərək qəbul edib:

"Rusiya istehsallı S-400-lər NATO üçün heç bir təhdid doğurmur və ABŞ da bunu çox gözəl anlayır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.