Dünya

Səhv partiyaya səs verdiyini bilən kişi barmağını kəsdi - FOTO

19 Aprel 2019 12:44
0 Şərh     Baxış: 2 156
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhvən iqtidar partiyasına səs verdiyini öyrənən seçici barmağını kəsib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, qeyri-adi hadisə Hindistanda baş verib.

Hindistanın Uttar Pradeş ştatında yaşayan Pawan Kumar adlı kişi səhv partiyaya səs verdiyini öyrənəndə barmağını kəsib.

O, ötən gün iştirak etdiyi səsvermədə səhvən BJP-yə (Hindistan Xalq Partiyası) səs verib.

"Fil üçün səs vermək istəyirdim, amma, səhvən çiçək simvolunu seçdim. Buna görə də barmağımı kəsdim", - deyə Pawan açıqlama verib.

Qeyd edək ki, BJP-nin loqosunda lotus gülü (nilufər), BSP-ninkidə isə fil təsvir olunub.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.