Dünya

Notr-Dam kilsəsindəki yanğının SƏBƏBİ BƏLLİ OLDU - VİDEO

19 Aprel 2019 11:09
0 Şərh     Baxış: 3 705

Fransanın paytaxtı Paris şəhərindəki Notr-Dam kilsəsində baş verən yanğının səbəbi məlum olub.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, yanğına qısa qapanmanın səbəb olduğu bildirilir.

Fransız polisindən verilən açıqlamaya əsasən, Notr-Dam kilsəsindəki yanğınla bağlı aparılan istintaqın yanğın səbəbinin qısa qapanma olduğunu üzə çıxardığı qeyd edilir. Polis rəsmisi eyni zamanda binanın içində iş aparmağın hələ də çox təhlükəli olduğunu və təhlükəsizlik səbəbi ilə girişə icazə verilmədiyini də bildirib.

"Le Parisien" qəzeti də dünən təhlükəsizlik mənbələrinə istinadən xəbər yayaraq bildirmişdi ki, bərpa işlərində istifadə edilən mexanizmalarda yaranana qısa qapanma yanğına səbəb olub.
Qeyd edək ki, XII əsrdə inşa edilən Notr-Dam kilsəsi bazar ertəsi yanmışdı.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
В Париже горит собор Парижской Богоматери

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.