Dünya

Kalın: Türkiyə Suriyanın ərazi bütövlüyünə hörmət edir, amma...

19 Aprel 2019 10:44
0 Şərh     Baxış: 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Suriyanın şimalında təhlükəsizlik zonası yaradıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

Onun sözlərinə görə, bu zona Afrindən Məncibə qədər uzanır.

İ.Kalın əlavə edib ki, Türkiyənin terrorçulardan azad etdiyi ərazilərdə hazırda sabitlik hökm sürür.

Mətbuat katibi daha sonra qeyd edib ki, Türkiyə Suriyanın ərazi bütövlüyünə hörmət edir. Lakin bundan sonra Suriya tərəfindən istənilən potensial təhlükə dəf ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.