Dünya

Tacikistanda interneti bahalaşdırdılar - Əhalinin sağlamlığı xatirinə

18 Aprel 2019 20:58
1 Şərh     Baxış: 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tacikistanın hakim dairələri mobil rabitə və internet qiymətlərini iki dəfə bahalaşdırıb. Buna səbəb kimi əhalinin sağlamlığından narahatlıq duyulması göstərilib.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, bu barədə ölkənin Rabitə Xidmətinin rəhbəri İlhom Atoyev məlumat verib.

"İnternetin qiyməti bahalaşanda insanlar ondan faydalı və savadlı şəkildə istifadə etməyi öyrənəcəklər. Az oyun oynayacaq, görmə qabiliyyətlərini qoruyacaqlar. Gənclərə bir baxın, hamısı başını aşağı dikib, telefonla internetə qoşulub. Ümid edirik ki, bundan sonra insanlar daha çox kitab oxuyacaq və bir-birləri ilə ünsiyyət quracaqlar",- deyə o bildirib.

Tacikistanda internet üçün yeni tariflər aprelin 18-dən qüvvəyə minib. Əvvəllər 1 GB internet üçün tarif 3,5 dollar idi, indi qiymət iki dəfə artaraq 6,7 dollar təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.