Dünya

10 illik həbsdən yeni çıxan məşhur "Qanuni oğru" İspaniyaya təhvil verilir - FOTO

18 Aprel 2019 19:19
0 Şərh     Baxış: 1 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən həftə Rusiyanın Orenburq vilayətindəki məşhur "Qara delfin" həbsxanasından 10 illik həbs müddətini başa vuran "Taro" ləqəbli məşhur mafioz Tariel Oniani İspaniyaya ekstradisiya ediləcək.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu haqda Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzi məlumat yayıb.

Məlumatda deyilir ki, Orenburq məhkəmsinin qərarı və ekstradisiya haqqında Avropa Konvensiyasının əsasında Oniani həbsxanadan çıxdıqdan sonra barəsində İspaniya Krallığına ekstradisiya prosedurunun başladılması üçün təcridxanaya yerləşdirilib. İspaniya hüquq-mühafizə orqanları onu mütəşəkkil cinayətkar qruplaşma yaratmaqda və çirkli pulların "yuyulmasında" ittiham edir.

Xatırladaq ki, "Taro"nun həsb müddətinin başa çatması geniş rezonansa səbəb olmuşdu və mütəşəkkil cinayətkar qruplaşmaların fəaliyyətini izləyən ekspertlər onun düşmənlərindən qisas alacağını, nəticədə qanqsterlər arasında yeni müharibənin başlayacağını təxmin edirdilər. Oniani həbsxanadan çıxandan sonra Türkiyədə yaşamaq arzusunu ifadə etmişdi, KİV-lər isə onun Gürcüstana deportasiya olunacağını gözləyirdi.

Oniani 90-cı illərdən İspaniyada yaşayıb və "Şakro Molodoy" ləqəbli digər mafiozla (Zaxari Kalaşov)  birlikdə şübhəli bizneslə məşğul olub. Onlar Avropada rus mafiyasına başçılıq ediblər. 2005-ci ildə İspaniya polisi və xüsusi xidmət orqanları 400 xüsusi təyinatlının, zirehli transportyorların və vertolyotların köməyi ilə rus mafiyasına qarşı irimiqyaslı əməliyyat keçirib. "Şakro Molodoy" da daxil olmaqla bir çoxları tutulub, Oniani gizlənə bilib və Rusiyaya qayıdıb. 2006-cı ildə Rusiya vətəndaşlığı alıb. 2009-cu ildə adam oğurluğu və reketə görə həbs edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.