Dünya

Qarabağ şüarlarına görə İranda azərbaycanlı gənci bu günə saldılar

18 Aprel 2019 16:09
7 Şərh     Baxış: 2 233

İranda rejimin asayiş keşikçiləri Ermənistan bayrağını yandırdığı üçün azərbaycanlı gənci küçənin ortasında şallaqlayıblar.

Milli.Az virtualaz.org-a istinadla xəbər verir ki, bu barədə foto sosial şəbəkələrdə yayılıb.

Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyanın bu ilin fevral ayında Tehrana səfəri zamanı yerli erməni icması ilə görüşüb. Orada ""Artsax"-Ermənistandır, vəssalam" sözləri yazılmış plakatın önündə şelfi çəkib. Buna cavab olaraq Təbrizin "Traxtur" futbol komandasının oyunu zamanı on minlərlə azərbaycanlı stadiona yığışıb, "Qarabağ bizimdir, bizim olacaq!" şüarları səsləndirib. Habelə Azərbaycan bayrağı qaldırıblar və Ermənistan bayrağını yandırıblar.

İran polisi azərbaycanlı gənclərə müdaxilə edib, onlardan 30-a yaxını saxlanılıb. Saxlanılanlar arasında erməni bayrağını yandıran Eshan adlı gənc də olub. Onu şallaqlama cəzasına məhkum ediblər. Bu günlərdə cəza icra edilib. Və Ermənistan mətbuatı bu haqda yazıb. Sosial şəbəkələrdə yayılan fotoya əsasən cəlladlar kütlənin gözü qarşısında gənci xüsusi dəzgaha uzadıb şallaqla döyürlər, zərbələrdən onun kürəyi büsbütün qançır olub...

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    kate · 18 Aprel 16:10111

    Allahsızlar.

    Cavab yaz
  • Anonim
    /// · 18 Aprel 16:15140

    Indi ozunuz qiymet verin Iran dovletinin ermenilerle olan dostluguna

    Cavab yaz
  • Anonim
    @@@@@@ · 18 Aprel 16:1690

    zehlemgetmisler

    Cavab yaz
  • Anonim
    Molla Əmi · 18 Aprel 16:16130

    Bu farslar bizi heç zaman sevməyib və sevməyəcək də.

    Cavab yaz
  • Anonim
    MEHMAN QAZAXLI · 18 Aprel 17:5770

    OXUDUĞUNUZ QURAN SİZƏ QƏNİM OLSUN BU MİLLƏTİN HAQQINI BU QƏDƏR YEMƏK OLMAZ .AZƏRBAYCAN DÖVLƏTİ XALQI HƏMİŞƏ İRANI QARDAŞ DOST ÖLKƏ SAYIB ---BİZ SİZİ HƏMİŞƏ İSTƏYİB MÜDAFİƏ ETMİŞİK FƏLAKƏTLİ AĞIR GÜNLƏRİNİZDƏ SİZƏ DƏSTƏK OLMUŞUQ YANINIZDA OLMUŞUQ.İRAN SİZ DƏ AZƏRBAYCANI VƏ AZƏRBAYCANLILARI MÜDAFİƏ ETMƏLİSİZ BİZ SİZƏ QARDAŞ DEYİRİK SİZ İSƏ GAVUR ERMƏNİLƏRİ MÜDAFİƏ EDİRSİZ AR OLSUN SİZƏ ŞALLAQ VURAN QOLLARI QIRILSIN.

    Cavab yaz
  • Anonim
    613 · 18 Aprel 21:1320

    Herkese dost demiwem dostum duwman oldu mene duwman oz bextim imiw indi ayan oldu mene Allah Eliaga Vahide rehmet elesin

    Cavab yaz
  • Anonim
    613 · 18 Aprel 21:1430

    Farslarin coreyi dizlerin ustundedir balda versen deyecek zeherdir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.