Dünya

Səfir: "ABŞ elə düşünməməlidir ki, Türkiyə onun bütün tələblərini qəbul edəcək"

17 Aprel 2019 19:24
0 Şərh     Baxış: 521

"ABŞ elə düşünməməlidir ki, Türkiyə onun bütün tələblərini qəbul edəcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Birləşmiş Ştatlardakı səfiri Sərdar Kılıç Vaşinqtonun Rusiya istehsallı S-400 zenit-raket komplekslərinin alınmasından imtina ilə bağlı tələbini şərh edərkən deyib.

Diplomat bildirib ki, ABŞ-la NATO üzrə etibarlı tərəfdaş olmaq üçün Ankara Vaşinqtonun bütün tələblərini yerinə yetirməyə borclu deyil.

O qeyd edib ki, Türkiyə və Birləşmiş Ştatların bir-birinə çox ehtiyacı var: "Türkiyə Vaşinqtonun Yaxın Şərq üzrə siyasətində çox mühüm ölkədir".

Bundan əvvəl Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo Türkiyənin eyni vaxtda ABŞ istehsallı F-35 qırıcıları və Rusiya istehsallı S-400-ləri əldə etməsinin texniki baxımdan mümkün olmadığını bildirib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.