Dünya

Tanınmış rusiyalı yazıçının təyyarədə halı pisləşdi

17 Aprel 2019 18:47
0 Şərh     Baxış: 387

Rusiyalı yazıçı Dmitri Bıkov Yekaterinburqdan Ufaya uçan zaman halı pisləşib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, oxucuları ilə görüşdə iştirak etməli olan yazıçı təyyarənin enişindən dərhal sonra xəstəxanaya yerləşdirilib.

"Exo Moskvı" radiostansiyasının baş redaktoru və yazıçının dostu Aleksey Benedikto öz sosial şəbəkə hesabında yazıçının insult keçirməsi ilə bağlı xəbəri təkzib edib.

İlkin olaraq yazıçıya beyin qan dövranının kəskin şəkildə pozulması diaqnozu qoyulub.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.