Dünya

Rusiyada yeni milyarderlər - Buhman qardaşları.. .- FOTO

17 Aprel 2019 19:54
0 Şərh     Baxış: 2 233

Rusiyanın yeni milyarderlərinin siyahısına daha iki nəfər daxil edilib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Bloomberg Billionaires Index"in dərc etdiyi siyahıda İqor və Dmitri Buhman qardaşları da yer alıb. 

Rusiyanın Volqoda şəhərindən olan qardaşlar komputer oyunlarının inkişafı üzrə formalaşmış "Playrix Holding Ltd." Şirkətinin yaradıcılarıdır. Onların hər birinin sərvəti ayrılıqda 1,4 milyard dollardır.

Analitiklər 2001-ci ildə yaradılmış şirkətin illik gəlirini 1,2 milyard dollar miqdarında dəyərləndirirlər.

Qeyd olunur ki, "Playrix Holding"in ən məşhur oyunları "Fishdom" və "Gardenscapes" hesab olunur. Bu oyunları bütün dünyada bir ay ərzində 30 milyondan çox insan yükləyir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.