Dünya

"Tik Tok" bu ölkədə bloklandı - Pornoqrafik videolar yayılıb

17 Aprel 2019 14:44
2 Şərh     Baxış: 4 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur video paylaşım şəbəkəsi olan "Tik Tok" bloklanıb.

Milli.Az BBC-yə istinadla xəbər verir ki, Hindistanda Tik Tok-a giriş məhdudlaşdırılıb. Proqram həm "apple store", həm də "playmarket"dən silinib.

Çennay Ali məhkəməsinin qərarında bildirilib ki, buna səbəb "Tik Tok"da pornoqrafik videoların yayılmasıdır.

Qeyd edək ki, Hindistanda "Tik Tok"un 120 milyondan çox istifadəçisi var idi.

Hazırda ölkəmizdə də "Tik Tok" qalmaqalı yaşanır. Belə ki, yeniyetmə qızlar narkotik maddələrin təbliğ edildiyi mahnıların sədaları altında rəqs edib, qısa videolar çəkirlər.

Emin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.