Dünya

Oğul bir fincan südə görə anasını öldürdü - FOTO

17 Aprel 2019 12:34
3 Şərh     Baxış: 2 848

Oğul anasını bıçaqlayaraq öldürüb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, 47 yaşlı oğul anası ilə bir fincan südə görə mübahisə etdikdən sonra onu bıçaqlayaraq qətlə yetirib.

Thomas Westwood sonra polisə zəng edərək anasının onun üstünə bıçaqla hücum etdiyini söyləyib. Hadisə yerinə gələn polislər 67 yaşlı Susan Westwood-un cəsədini görüblər.

Psixoloji problemləri olan Tomas saxlanılıb. O, ilk ifadəsində bildirib ki, anası bıçaqla ona hücum etdiyinə görə özünümüdafiə əsnasında Suzanı öldürüb.

Birləşmiş Krallıqda, Uorvikdə Tomasın məhkəməsi baş tutub. Hakim onun həbsi barədə qərar verib.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    ! · 17 Aprel 12:3940

    Elə ananın da psixoloji pozğunluğu varmış, oğulun da

    Cavab yaz
  • Anonim
    W · 17 Aprel 15:0310

    Allah heç kimin ağlını başından almasın.

    Cavab yaz
  • Anonim
    F.S.D. · 17 Aprel 15:5710

    Hər ikisinin psixoloji problem varmış. Hakim necə qərar verəcək? Allah heç kimi balası ilə üz -üzə qoymasın.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.