Dünya

Dövlət ödəmələrinin ləngiməsinə əsəbiləşib öz mənzilini yandırdı, 5 nəfəri öldürdü, 13-ünü yaraladı

17 Aprel 2019 08:43
0 Şərh     Baxış: 1 044

Cənubi Koreyada öz mənzilini yandıran kişi bıcaqla qonşularına hücum edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 13 nəfər isə yaralanıb.

Hadisə Kyonsan-Namdo vilayətinin Çindju şəhərində baş verib. 42 yaşlı kişi mənzilini yandırdıqdan sonra, digər mənzillərdən qaçan qonşularını silahlanaraq ehtiyat pilləkanda gözləyib.

Daha sonra, hücum törədən şəxs polisdə bildirib ki, o, dövlət ödəmələrinin ləngiməsinə görə əsəbiləşib.

Polisin məlumatına görə, ölənlərin sayı arta bilər, çünki yaralananlardan bir neçəsinin vəziyyəti kritikdir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.