Dünya

ABŞ-da ticarət mərkəzində atışma: 24 yaşlı qızı öldürülüb

17 Aprel 2019 07:58
0 Şərh     Baxış: 476

ABŞ-ın Tennesi ştatında ticarət mərkəzində atışma olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, naməlum şəxs atəş açaraq 24 yaşlı qızı öldürüb və 75 yaşlı kişini yaralayıb. Yaralanan şəxs xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə gələn polis atəş açan 21 yaşlı gəncin cəsədini aşkarlayıb.

Polisin məlumatına görə, hücum edən şəxs, çox guman ki, qurbanları ilə tanış olmayıb. Hücumun motivləri naməlumdur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.