Dünya

Ukraynadan son xəbər: Poroşenko sürətlə məğlubiyyətə doğru gedir

16 Aprel 2019 19:51
0 Şərh     Baxış: 1 300

Ukraynada keçirilən son sorğulara əsasən, prezidentliyə namizəd Vladimir Zelenski hazırkı prezident Pyotr Poroşenko ilə aralarında olan səs faizini artırıb.

Bu barədə Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir.

Son rəy sorğusuna əsasən, prezident seçkilərinin ikinci turunda Zelenskinin lehinə 72,2% ukraynalı səs verməyə hazırdır. Poroşenkonu isə rəyi soruşulanların 25,4%-i dəstəkləyir. Bu rəqəmlər səsvermədə iştirak etmək istəyən və öz seçimlərini müəyyənləşdirən respondentləri əks etdirir.

Respondentlərin 17,9%-i öz seçimlərini hələlik müəyyənləşdirməyib.

Sorğu Kiyev Beynəlxalq Sosiologiya İnstitutu tərəfindən 9-14 aprel tarixlərində keçirilib. Sorğu Ukraynanın bütün regionlarında 129 yaşayış məntəqəsində 2004 respondent arasında keçirilib.

Qeyd edək ki, Ukraynada martın 31-də prezdent seçkiləri keçirilib. Birinci turun nəticələrinə görə, Vladimir Zelenski hamıdan çox səs toplayıb. O, seçicilərinin 30,24%-nin səsini qazanıb.

İkinci pillədə isə hazırkı prezident Pyotr Poroşenko qərarlaşıb. Onu Ukrayna vətəndaşlarının 15,95%-i dəstəkləyib.

Hazırda bu ölkədə prezident seçkilərinin ikinci turuna hazırlıq gedir. İkinci tur aprelin 21-də keçiriləcək.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.