Dünya

Ermənistanda gərginlik: Nikol olmasaydı, siz kim idiniz?

16 Aprel 2019 20:09
0 Şərh     Baxış: 1 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan parlamentində deputatlar arasında kəskin mübahisə yaranıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, gərginlik əsasən Mənim Addımım Bloku ilə müxalif fraksiyalar arasında yaşanıb. Gərginliyə səbəb Mənim Addımım Blokundan olan deputat Hamazasp Daniyelyanın müxalifəti populizmdə ittiham etməsi olub. O, Çiçəklənən Ermənistan Partiyasının keçmişdəki müxalif fəaliyyətinə şübhəli yanaşdığını deyib.

Hamazasp Daniyelyanın bu çıxışına Çiçəklənən Ermənistan Partiyasının deputatları sərt reaksiya veriblər. Belə ki, fraksiya adından çıxış edən Zöhrabyan Daniyelyana cavab verib:

"Siz Çiçəklənən Ermənistan Partiyasının fəaliyyətini özünüzün qısa siyasi bioqrafiyanız ucbatından anlaya bilməzsiniz. Əgər Nikol Paşinyan, Sasun Mikayelyan və digər bir neçə deputat olmasaydı, sizin üstünlüyünüz harada olacaqdı? Parlamentdə olmayacağı dəqiqdir!"

Tərəflər arasındakı mübahisəyə İşıqlı Ermənistan Fraksiyasının rəhbəri Edmon Marukyan da qatılıb. O, Mənim Addımım Blokunu mövqeyinə görə tənqid edib:

"Biz Paşinyanla birgə bir neçə il əvvəl parlamentə deputatların cəzaçəkmə müəssisələrini ziyarət etmək haqqında qanun layihəsi təqdim etdik və həmin qanun layihəsi o zamankı hökumət tərəfindən rədd edildi. İndi biz eyni qanun layihəsini təqdim edirik və siz bizi populizmdə ittiham edirsiniz. Hərdən geriyə baxın, kimin nə etdiyini görün, sonra danışın. Oxuyun, öyrənin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.