Dünya

Türkiyəli deputat Yerevanda ermənilərə Azərbaycanla barışığın yolunu göstərdi

16 Aprel 2019 18:34
0 Şərh     Baxış: 1 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir və Ermənistan bunu bilməlidir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu türkiyəli millət vəkili Metin Gündoğdu Yerevanda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında deyib.

Onun sözlərinə görə, Türkiyənin Azərbaycanla bağlı mövqeyi və iki ölkə arasında qardaşlıq münasibətləri dəyişməz qalacaq. O vurğulayıb ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini azad etməli və münaqişənin nizamlanması üçün zəruri şərtləri yerinə yetirməlidir.

Qeyd edək ki, bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bütün dünyanın Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını tanıdığını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.