Dünya

Fransanın Baş naziri təcili iclas çağırdı - Notr-Dama görə

16 Aprel 2019 15:59
0 Şərh     Baxış: 1 084
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın Baş naziri Eduar Filipp hökumətin iclasını keçirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, iclas Notr-Dam kilsəsinin yanğından sonra bərpası işlərin həsr olunub.

İclasda Fransanın mədəniyyət naziri Frank Riester, Daxili İşlər Nazirliyinin dövlət katibi Loran Nunes və digər rəsmilər iştirak edirlər.

Qeyd edək ki, Fransanın paytaxtı Parisin Notr-Dam kilsəsində güclü yanğın olub. Nəticədə kilsə üzərindəki qüllənin bir hissəsi aşıb, məbədin saatı yanaraq məhv olub. Yanğının söndürülməsində yüzlərlə yanğınsöndürən iştirak edib. Binanın böyük hissəsi dağılıb.

Fransa Prezidenti Emmanuel Makron kilsənin bərpa edilərək yenidən əvvəlki vəziyyətə qaytaracaqlarına söz verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.