Dünya

İsraildə yeni təbii qaz yatağı aşkar olundu

16 Aprel 2019 13:34
0 Şərh     Baxış: 562

Yunanıstanın "Energean" enerji şirkəti İsrail sularında apardığı kəşfiyyat işləri nəticəsində təbii qaz ehtiyatları aşkar edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Kariş" yatağı İsrailin şimal sahilindən 120 kilometr məsafədə yerləşir.

İlkin hesablamalara görə, yataqda 28 milyarddan 42 milyard kubmetrədək qaz ehtiyatları mövcuddur.

Qeyd olunur ki, bölgədə qazma işləri martın 15-də başlayıb və 4880 metr dərinliyədək çatıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.