Dünya

Fransa prezidenti Notr-Dam kilsəsinin bərpa ediləcəyinə dair söz verdi

16 Aprel 2019 09:07
0 Şərh     Baxış: 797

Fransa prezidenti Emmanuel Makron yanğın baş verən Parisin Notr-Dam kilsəsinin bərpa ediləcəyinə dair söz verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu E.Makron kilsənin yaxınlığındakı meydanda jurnalistlərə açıqlamasında deyib.

Fransa prezidenti bildirib: "Mən sizə təntənəli şəkildə söz verirəm ki, biz kilsəni bərpa edəcəyik. Hamımız bir yerdə. Sabahdan həm Fransada, həm də onun sərhədlərindən kənarda vəsait yığımı başlayacaq".

E.Makron qeyd edib ki, yanğının söndürülüməsində iştirak edən yanğınsöndürənlərin sayəsində ən pis ssenaridən yayınmaq mümkün olub: "Yanğınsöndürənlərin sayəsində kilsənin fasadı və iki əsas qülləsi məhv olmadı".

Fransa prezidenti kilsədə baş verən yanğını "əsl faciə" adlandırıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.