Dünya

Makron yanğın yerinə getdi

15 Aprel 2019 23:51
3 Şərh     Baxış: 1 727
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın paytaxtı Parisdə tarixi Notr-Dam kilsəsində çıxan yanğını hələ söndürmək mümkün olmayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, prezident Emmanuel Makron hadisə yerinə gedərək müvafiq tapşırıqlar verib. Baş nazir Eduard Filipp də hadisə yerindədir.

Yanğının hələ də davam etməsi səbəbindən yaxınlıqdakı binalar boşaldılıb.

Ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb, kilsə yaxınlığındakı yollarda nəqliyyatın hərəkəti dayandırılıb.

Qeyd edək ki, 850 illik kilsəni hər il 13 milyon turist ziyarət edirdi. Kilsədə 1 ildən çoxdur təmir işlər aparılırdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.