Dünya

YUNESKO Notr-Dam kilsəsindəki yanğını diqqətlə izləyir

15 Aprel 2019 23:50
0 Şərh     Baxış: 366

YUNESKO Parisin Notr-Dam kilsəsindəki yanğını diqqətlə izləyir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə YUNESKO-nun baş direktoru Odre Azule öz Twitter səhifəsində yazıb.

O.Azule bildirib: "1991-ci ildən dünya mədəni irsinə qeydə alınan Notr-Dam kilsəsində baş verən dramatik yanğın ilə bağlı böyük emosiyalar. YUNESKO vəziyyəti diqqətlə izləyir və bu əvəzsiz irsi qorumaq və bərpa etmək üçün Fransa ilə birlikdədir".

Qeyd edək ki, Fransanın paytaxtı Parisin Notr-Dam kilsəsi yanır. Yanğının söndürülməsində yüzlərlə yanğınsöndürən iştirak edir və hadisə yerinə yanğınsöndürən briqadaları gəlməkdə davam edir.

Kilsənin damı və üzərində olan saat uçub. Alov yayılmağa davam edir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.