Dünya

Azərbaycanlı kişi qadını yük maşınında gizlədib, Rusiyaya keçirmək istədi

15 Aprel 2019 21:00
1 Şərh     Baxış: 1 539

Rusiyanın Çelyabinsk vilayətində iki azərbaycanlıya hökm oxunub. 

Milli.Az Oxu.az-a istinadən bildirir ki, onlar dövlət sərhədini qanunsuz keçməkdə ittiham edilirlər.

Məlumata görə, azərbaycanlılardan biri Rusiya ərazisində DAF markalı avtomobillə yüklərin daşınması ilə məşğul olub. 

O, həmyerlisi olan qadına qanunsuz yolla Rusiya ərazisinə keçməyə kömək etməyə söz verib. Bunun üçün qadın ona 20 min rubl (530 AZN - red.) ödəyib.

Qanun pozucuları sərhəddə yaxalanıblar. O, qadını yük maşınında gizlədərək, Rusiya ərazisinə keçirmək istəyərkən ələ keçib.

Məhkəmənin qərarı ilə sürücü 10 min rubl (265 AZN - red.), qadın isə 5 min rubl (132 AZN - red.) cərimələnib.

Milli.Az 

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    ^^^^^ · 17 Aprel 09:1100

    Elə bil toyuq cücə aparırlar ey. Necə ağılsız insanlar var.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.