Dünya

"Məhv etdiyimiz terrorçular arasında ermənilər də var" - Çavuşoğlu

15 Aprel 2019 19:14
1 Şərh     Baxış: 807

Türkiyənin tərəfdar olduğu bütün təşkilatlar Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini təsdiqləyir. 

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Antalyada keçirilən NATO Parlamentlər Assambleyasında çıxış edən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. 

"Ermənilər dürüst deyillər. Qarabağı işğal etmisiniz, niyə oradan çəkilmirsiniz? Sizə məsləhət verdik ki, işğal altındakı torpaqlardan çəkilsəniz, sərhədlərimizi açacağıq", - Çavuşoğlu qeyd edib. 

Onun sözlərinə görə, Azərbaycanın məsələləri Türkiyəni birbaşa maraqlandırır. 

O əlavə edib ki, Türkiyə ordusunun yaxaladığı və öldürdüyü PKK terrorçuları arasında kifayət qədər erməni var.

Milli.Az 

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    __ · 16 Aprel 03:5000

    Türkiyə dövləti ermənistanla sərhədi həm ona görə açmamalıdır ki ermənistan Türkiyəni (dövlət kimi), onun sərhədlərini, ərazisini tanımır, Türklərə və ümumiyyətlə, Müsəlmanlarla düşmənçilik edir, soyqırımlar aparır və yeni soyqırımlar üçün "əlverişli" fürsətlər axarır. Sərhəd heç vaxt açılmamalıdır!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.