Dünya

Assanjın səfirlikdəki həyatının görüntüləri yayımlandı - VİDEO

15 Aprel 2019 16:39
0 Şərh     Baxış: 710

İspaniyanın "El Pais" qəzeti Ekvador səfirliyinin divarları arasında skeyt sürən "WikiLeaks"in yaradıcısı Culian Assanjın videogörüntülərini yayıb.

Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, görüntülər J.Assanjın sığınacaq aldıqdan sonra 7 il yaşadığı Ekvadorun Londondakı səfirliyində lentə alınıb.

Səfirlikdə çalışan əməkdaşlar qəzetə bildiriblər ki, jurnalist özünün eksentrik davranışı ilə hər kəsi bezdirib.

"O, duş aldıqdan və tualetə getdikdən sonra təmziliyə riayət etmir, tez- tez səfirlik əməkdaşları və mühafizəçilərlə dava edirdi. Assanj səfirlik binasının dəhlizlərində skeybord sürərək və ya top qovalayaraq vaxt keçirirdi", - deyə səfirlikdən bildirilib.

Oxu.az xatırladır ki, aprelin 11-də Ekvador səfirliyi uzun illər diplomatik nümayəndəliyə sığınmış Assancı London hüquq-mühafizə orqanları əməkdaşlarına təhvil verib. Onun həbsinə əsas 2012-ci ildə girov müqabilində azad olunma ilə bağlı şərtləri pozması olub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Как Ассанж жил в посольстве Эквадора: видео с камер наблюдения

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.