Dünya

Körpə altıncı mərtəbədən yıxıldı, sağ qaldı - VİDEO

15 Aprel 2019 11:39
0 Şərh     Baxış: 1 484

ABŞ-ın Vaşinqton ştatının Redmond şəhərində altıncı mərtəbənin mənzilinin pəncərəsindən yıxılan körpə möcüzəvi şəkildə sağ qalıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki bu barədə "KIRO-TV" portalı məlumat yayıb.

İnsident aprelin 10-da baş verib. Yerli polis idarəsinin məlumatına görə, bir il səkkiz aylıq uşaq yataq otağında tək, anası və bacısı isə qonşu otaqda olublar.

Ehtimala görə, uşaq ananın otağın havasını dəyişmək üçün açdığı pəncərəyə qalxaraq, oradan aşağı yıxılıb. Aşağıda dayanan avtomobilin üzərinə düşdüyündən zərbə yumşalıb və uşaq sağ qalıb.

"Mazda" markalı avtomobilinə ziyan dəymiş şəxs uşağın bəxtinin gətirdiyini hesab edir. Çünki həmin gün işə maşını ilə yox, motosikleti ilə yollanmağa qərar veribmiş. Reanimasiyada olan uşağın vəziyyətinin ağır, lakin sabit olduğu bildirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Körpə altıncı mərtəbədən yıxıldı, sağ qaldı

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.