Dünya

Kanadada kilsədə atəş açılıb, ölən var

15 Aprel 2019 08:59
0 Şərh     Baxış: 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanadanın Salmon Arm şəhərində kilsədə atışma olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, naməlum kişi kilsəyə daxil olaraq atəş açıb. Hadisə nəticəsində bir nəfər ölüb. Ölən 78 yaşlı Qordon Parmenterdir.

Qordonun oğlunun sözlərinə görə, atəş açdıqdan sonra silahlı şəxs kilsədən çıxıb və daha sonra yenidən oraya qayıdıb: "O digər kişini ayağından yaralayıb. Mən və bir neçə adam silahlı şəxsi saxlayıb, ondan tüfəngi almağı bacardıq".

Polis məlumatı təsdiqləyib və bildirib ki, xəsarət alan şəxs xəstəxanaya çatdırılıb, onun vəziyyəti stabildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.