Dünya

Sudanın keçmiş müdafiə naziri təqaüdə göndərildi

15 Aprel 2019 07:41
0 Şərh     Baxış: 1 067
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sudanın müvəqqəti hərbi şurası keçmiş müdafiə naziri Avad ibn Aufu və təhlükəsizlik xidmətinin rəhbəri Salah Kuşu vəziflərindən azad edib və təqaüdə göndərib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu şuranın rəsmi nümayəndəsi Şəmsəddin Kabaşi İbrahim deyib.

Qeyd edək ki, məhz Avad ibn Auf aprelin 11-də ölkənin sabiq prezidenti Ömər əl-Bəşirin vəzifəsindən kənarlaşdırıldığını bəyan edib və müvəqqəti şuraya başçılıq edib.

Rəsmi nümayəndə deyib ki, təhlükəsizlik sisteminin yenidən qurulması üzrə yeni tədbirlər görülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.