Dünya

İraqda sel fəlakəti yaşanır, 3 min ailə təxliyyə edildi

14 Aprel 2019 21:29
0 Şərh     Baxış: 393

İraqda şiddətli yağışlarla əlaqədar evləri su altında qalan 3 min ailə təhlükəsiz yerlərə təxliyə edilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, son iki həftədir fasiləsiz davam edən yağışlar Dəclə çayı sahilindəki bəzi bölgələrin su altında qalmasına səbəb olub.

Ölkənin şimalındakı bölgələrdə bir çox bənd uzun illərdən sonra daşma səviyyəsinə gəlib və qapaqları avtomatik olaraq açılıb.

Qeyd edək ki, rəsmi Bağdad 1 apreldə şiddətli yağışlar üzünden sel fəlakəti riskinə qarşı Dəclə çayının keçdiyi Bağdad, Diyala, Mosul və Vasit vilayətlərinin sakinlərinə xəbərdarlıq etmişdi.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.