Dünya

Zelenski Poroşenko ilə debata gəlməyib

14 Aprel 2019 20:56
0 Şərh     Baxış: 344

Ukraynada prezidentliyə namizəd Vladimir Zelenski Kiyevin mərkəzi "Olimpiya" stadionuna Petro Poroşenko ilə debata getməyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, P.Poroşenko öncədən elan etdiyi kimi debat üçün stadiona gəlib. O, V.Zelenskiyə bir saata qədər stadionda gözlədiyini bəyan edib.

Zelenski iştirakdan imtina etdiyi üçün P.Poroşenko stadionda təkbaşına seçki paltformasını açıqlayıb. O, Zelenskini sabah da debata dəvət edib. Bildirib ki, aprelin 15-də ICTV telekanalında debatda gözləyir.

Qeyd edək ki, V.Zelenski stadionda debatın aprelin 19-da keçirilməsini təklif edib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.