Dünya

"Mehmetcik"dən PKK-ya AĞIR ZƏRBƏ

14 Aprel 2019 20:36
0 Şərh     Baxış: 808
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalında yerləşən Zap, Avaşin-Basyan, Hakurk və Qəndil bölgələrindəki PKK düşərgələrini bombalayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, aviazərbələr nəticəsində terror təşkilatına məxsus silah anbarı və sığınacaqlar məhv edilib.

Məlumata görə, Diyarbəkirin Kocaköy rayonu ərazisində keçirilmiş antiterror əməliyyatı zamanı zərərsizləşdirilən Zinarin Berxvedan ləqəbli Hacire Yılmaz və Zilan Tolhildan ləqəbli Suzan Çelikin əşyalarından əhəmiyyətli kəşfiyyat məlumatları əldə olunub. Bu məlumatlar əsasında PKK və KCK terror təşkilatlarının Konya stadionunda terror hazırlandığı aşkar edilib. İstintaq nəticəsində 4 nəfər şübhəli qismində həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.