Dünya

Kremldən "S-400" açıqlaması: Türkiyə...

14 Aprel 2019 20:33
1 Şərh     Baxış: 1 029

Rusiya "S-400" zenit-raket kompleksləri ilə bağlı Türkiyənin mövqeyini alqışlayır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat kaibi Dmitri Peskov "Rossiya-1" telekanalında çıxışı zamanı deyib.

Peskov qeyd edib ki, dünyada suveren siyasət yeridən az ölkə tapmaq olar.

"Rusiya və Türkiyə belə ölkələrdəndir", - o bildirib.

Qeyd edək ki, aprelin 8-də Rusiya prezidenti Vladimir Putinlə görüşən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "S-400" məsələsinin artıq bitdiyini bəyan edib.

Aprelin 3-də isə ABŞ-ın vitse-prezident Maykl Pens Türkiyəni NATO və "S-400" arasında seçim etməyə çağırıb.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Raul · 15 Aprel 09:4500

    Yaşasın Rusiya. Yaşasın Türkiyə.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.