Dünya

Tümendə keçirilmiş anti-terror əməliyyatı barədə nə məlumdur?

14 Aprel 2019 19:28
0 Şərh     Baxış: 808
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cümə günü gecə saatlarında Rusiyanın Tümen şəhərində həyət evlərindən birinə sığınan iki nəfər öldürülüb.

Rusiya güc strukturları öldürülmüş həmin iki adamın özünü İslam Dövləti (İD) adlandıran qrupun ardıcılları olduğuqlarını bildirib.

Lakin güc strukturlarının keçirdiyi əməliyyatın bir çox detalları hələ açıqlanmayıb.

BBC Rus xidməti keçirilmiş əməliyyat barədə indiyədək məluma olan məmulatlara nəzər salıb.

"Dünən, Tümen şəhərində real anti-terror əməliyyatı keçirilib", - Tümen vilayətinin başçısı Aleksandr Moor şənbə günü Instagram səhifəsində yazıb.

Amma Aleksandr Moor baş vermiş hadisənin təfərrüatlarını açıqlamayıb.

Rusiya təhlükəsizlik strukturlarının rəsmiləri şənbə günü bildiriblər ki, öldürülən şəxslər qaldıqları evdə "iki Kalaşnikov avtomatı, iki əldəqayırma partlayıcı qurğu, dini ədəbiyyat, elektron informasiya daşıyıcıları, partlayıcı qurğu elementləri" aşkar olunub.

İstintaq davam edir. Müstəntiqlər evdə molekulyar genetik də daxil olmaqla bir sıra ekspertizalar keçirirlər, güc strukturları qeyd edib.

Tümen

Hadisə hecə başlayıb

Cümə günü axşam saatlarında şəhərin müəyyən ərazilərində anti-terror əməliyyat rejimi elan olunub.

Yerli iternet vebsaytı 72.ru-nun yazdığına görə, 100-dək adam evlərindən yaxınlıqda yerləşən məktəbə evakuasiya edilib.

Əməliyyatın qərargahı da elə həmin məktəbdə yerləşıb.

Əməliyyatda iştirak etmiş güc strukturları əməkdaşlarının sayı aşıqlanmır, lakin yerli sakinlərə istinad edən yerli medianın bildirdiyinə görə, küçələrdə "böyük sayda hərbi texnika olub".

Telegram-kanal Baza bildirb ki, iki öldürülən şəxsin gizləndiyi ev və ətraf ərazi əsgərlər tərəfindən üçqat mühasirəyə alınmışdı.

Yerli media həmçinin elektrik və qazın kəsilməsi barədə də məlumat verib, rəsmi səviyyədə bu məlumat təsdiqlənməyib.

Evakuasiya başladıqdan təxminən 1,5 saat sonra, Rusiya Dövlət Anti-terror Mərkəzi xəbər yayıb ki, əməliyyat keçirilən ərazidə ekstremist İD qruplaşmasının tərəfdarları axtarılır.

TümenTümen şəhərinin küçələrində əsgəri qüvvə yerləşdirilib.

Əməliyyat necə keçib

Bir müddət sonra atəş səsləri və yanğından xəbər verən məlumatlar sosial şəbəkələrdə peyda olmağa başladı.

Görünür, bu xəbərlər hərçilərin evə hücum əməliyyatı başlayan ana təsadüf edib, yanan isə həmin evin damı olub.

Yanğının səbəbləri rəsmi olaraq bildirilmir və müxtəlif nəşrlər bir-birinə tam əks olan versiyalar gətirir.

Şahidlərə istinadən yerli KİV-lər bildirir ki, evin damı hərbçilərin atəşi nəticəsində alışaraq yanıb.

Telegram-kanal Mash bildirib ki, yanğına səbəb hərbçilərin atdığı qumbaralar olub.

Baza Telegram-kanalı isə iddia edir ki, hərçilər evin dəmir darvazasına zirehli mərmilə atəş açdıqdan sonra yanğın başlayıb. Kanal eləcə də qeyd edir ki, Rusiyanın FSB xidmətinin əməkdaşları evə girərək müqavimət göstərən iki kişini güllələyiblər.

Rəsmi məlumata əsasən, evdə gizlənmiş adamlara təslim olmaq təklif edilib, lakin onlar bu təklifə atəşlə cavab veriblər.

Şahidlərin ifadələri bu versiyanı, əsasən, təsdiqləyir.

"Hərbçilərin səsgücləndiricilər vasitəsilə "Təslim olsanız sağ qalacaqsınız" dediklərini eşidirdim", - şahidlərdən biri 72.ru nəşrinə biuldirib.

Güc strukturları isə hadisə yerindən internet vasitəsilə sosial şəbəkədə canlı yayım edilməsi hallarından narazılıq bildirib.

"Terrorçular bu verilişləri görə bilərdilər. Onlardan birinin, şəxsi səhifəsindən göründüyü kimi, sosial şəbəkələrdən başı yaxşı çıxırdı", - güc strukturlarının əməkdaşı Znak.com vebsaytına bildirib.

Hərbçilərin hücum əməliyyatı yerli vaxtla gecə saat 01.00-da başa çatıb. Anti-terror əməliyyatı rejimi isə səhərisi gün yerli vaxtla səhər saat 06.00-da ləğv olunub.

Bundan dərhal sonra Rusiya Anti-terror Mərkəzi hücum zamanı iki ekstremistin öldürüldüyünü bildirib.

Mash adlı kanal şübhəlilərin yanğın nəticəsində öldüyünü iddia edir, Baza kanalı isə iddia edir ki, onları güllələyiblər və ekspertizanın nəticələri guya bu versiyanı təsdiqləyir.

Rəsmi olaraq isə iki şübhəlinin nədən öldüyü barədə məlumat verilməyib.

Ev kimin olub

Rəsmi olaraq nə öldürülənlərin adı, nə də ev sahibinin adı açıqlanmayıb.

Tümen jurnalistləri Avito portalında həmin evin satışı elanını aşkar ediblər. Satıcı 27 yaşında Timur adlı bir kişidir. Ətraf evlərdən olan qonşuları ura.ru vebsaytına deyiblər ki, Timur adlı kişi Rusiyanın İnquşetiya vilayətindəndir.

Evin sahəsi 98 kvadrat metrdir, bir həftə əvvəl 2,8 milyon rubla satışa çıxarılıb.

Qonşulardan birinə istinad edən 72.ru kanalı bildirib ki, həmin evdə bir müddət yaşlı kişi yaşayıb. lakin sonradan o, harasa yoxa çıxıb.

Mash kanalı isə iddia edir ki, Timurun elanda göstərildiyi soyadı əsl deyil, lakin o həqiqətəndə, İnquşetiyadandır. Kanala görə, Timurun atası bir neçə il əvvəl vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.