Dünya

Fransalılar prezidentin sosial-iqitsadi siyasətindən narazıdırlar - Sorğu

14 Aprel 2019 18:57
0 Şərh     Baxış: 1 237
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransalıların 82 faizi ölkə prezidenti Emmanüel Makronun həyata keçirdiyi sosial-iqtisadi siyasətin dəyişdirilməsini istəyir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Ifop" sosial xidmətinin keçirdiyi və "Le Journal du Dimanche" qəzetində dərc edilmiş sorğunun nəticələrində deyilir.

Məlumata əsasən, hakimiyyətin sosial-iqtisadi sahədə fəaliyyətindən narazı olanların sayı son aylar ərzində 4% artıb.

Bundan əlavə, təxminən 80 faiz Fransa vətəndaşı gəlir vergisinin azaldılmasını istəyib. Həmçinin sorğuda iştirak edənlərin 72 faizi ən kasıblara dövlət yardımının artırılmasını istəyiblər.

Qeyd edək ki, sorğu 12-13 aprel tarixlərində keçirilib. Sorğuda 18 yaşdan yuxarı təxminən min nəfər iştirak edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.