Dünya

Dünya yeni rekorda şahidlik etdi - VİDEO

14 Aprel 2019 18:39
0 Şərh     Baxış: 1 562
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən böyük təyyarəsi ilk dəfə səmaya qalxıb. 

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, təyyarənin ilk sınaq uçuşu həyata keçirilib.

"Stratolaunch Systems" şirkətinə məxsus nəhəng təəyyarə ilk dəfə olaraq Kaliforniyada havaya qalxıb. Təyyarınin qanadlarının uzunluğu 117 metrə çatır. Bu günə qədər ən böyük qanadı olan təyyarə SSRİ-yə məxsus An-225 "Mriya" olub ki, onun qanadının uzunluğu 88 metrdir.

ABŞ istehsalı olan hazırkı nəhəng təyyarənin özünün uzunluğu isə 73 metrə çatır. Bu təyyarə 226 ton yük ilə səmaya qalxa bilir. Təyyarə kosmos üçün nəzərdə tutulan aparatları daşıyacaq.

Qeyd edək ki, "Stratolaunch Systems" şirkəti 2011-ci ildə "Microsoft"un həmtəsisçisi Polom Allen və dizayner Bert Rutanov tərəfindən təsis edilib.

Videonu izləmək üçün şəklə klikləyin:
Dünya yeni rekorda şahidlik etdi

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.