Dünya

Daşqınlar İranı viran qoydu - 3 milyard dollar

14 Aprel 2019 16:50
4 Şərh     Baxış: 1 514
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda baş verən son sel və daşqınlar nəticəsində ölkənin kənd təsərrüfatına 130 trilyon rial (təxminən 3,09 milyard dollar) ziyan dəyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın kənd təsərrüfatı naziri Mahmud Höccəti parlamentdə çıxışı zamanı deyib.

M.Höccətinin sözlərinə görə, dəyən ziyanın 30 trilyon rialı (təxminən 714 milyon dollar) Xuzistan vilayətinə aiddir.

İranlı nazir əlavə edib ki, əkin, bağ və heyvandarlıq sahələri daha çox ziyanla üzləşib: "Habelə arıçılıq, quşçuluq və balıqyetişdirmə müəssisələrinə də ciddi şəkildə ziyan dəyib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.