Dünya

Debat qalmaqalı: Poroşenko şoumenə vaxt verdi

14 Aprel 2019 18:25
0 Şərh     Baxış: 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Prezidenti Pyotr Poroşenko Kiyevin "Olimpiya" stadionunda planlaşdırılmış debatda iştirak etmək üçün prezidentliyə namizəd Vladimir Zelenskiyə vaxt verib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Pyotr Poroşenko jurnalistlərə açıqlamasında deyib.

Poroşenko bildirib ki, şəhərin bütün nöqtəsindən debatın keçirildiyi məkana 40-45 dəqiqəyə gəlmək olar.

Prezident moderatorlara gözləməyi və Zelenskiyə yerli vaxtla saat 15:00-a qədər şans verilməsini təklif edib.

Qeyd edək ki, prezidentliyə namizədlər arasında planlaşdırılan debatın başlama vaxtından keçsə də, Vladimir Zelenski hələ də gəlib çıxmayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.