Dünya

Əsəd qüvvələri İdlibi bombaladı

14 Aprel 2019 17:50
0 Şərh     Baxış: 404

Suriyada hökumət qüvvələri "İdlib gərginliyin azaldılması bölgəsi"nə hava hücumları təşkil edib.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, hücum nəticəsində 3-ü uşaq olmaqla ümumilikdə 5 nəfər yaralanıb. Yerli mediadan verilən məlumata görə, hava hücumlarında Rusiya istehsalı olan təyyarələrdən istifadə olunub.

Qeyd edək ki, son bir ayda Əsəd qüvvələri, İrana bağlı silahlı qruplar və Rusiyanın hücumları nəticəsində İdlibdə 150-ə yaxın mülki insan ölüb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.