Dünya

Kişi uşağı üçüncü mərtəbədən tulladı

14 Aprel 2019 10:08
0 Şərh     Baxış: 1 105

ABŞ-da dəhşətli cinayət hadisəsi baş verib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, 24 yaşlı kişi üçüncü mərtəbəyə qalxıb, 5 yaşlı uşağı qaldıraraq, onu aşağıya tullayıb. Hadisəni uşağın anası görüb və qışqırmağa başlayıb. Olayın şahidləri bildirilər ki, hadisə yerində qan gölməçəsi olub.

Uşaq üçüncü mərtəbədən düşsə də, sağ qalıb. Vəziyyəti ağır olan uşağa həkimlər tibbi yardım göstərib.

Anlaşılmaz cinayəti törədən kişi həbs edilib. Ona adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb. Hələlik hadisənin motivləri qaranlıq olaraq qalır. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.