Dünya

Hələbdə terrorçuların hücumu nəticəsində 11 nəfər ölüb

15 Aprel 2019 07:14
0 Şərh     Baxış: 637
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hələbin Əl-Xalidiyyə rayonunda terrorçuların açdığı atəş nəticəsində 11 nəfər ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, minomyot mərmiləri rayonun Nil küçəsində bazarda düşüb. "Raketlərdən biri Milli bazarda düşüb", - deyə polis bildirib.

Polisin məlumatına görə, hadisə nəticəsində həmçinin 11 nəfər yaralanıb.

Qeyd edək ki, Hələbin qərb hissəsində yerləşən silahlı dəstələri mütəmadi olaraq şəhərin yaşayış məhəllələrini əldəqayırma raket və minaatanlarla atəşə tutur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.