Dünya

Avropa İttifaqında əlavə iş saatına verilən ödəniş məbləğinə görə sonuncu yerdə olan ölkə

15 Aprel 2019 00:45
1 Şərh     Baxış: 1 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq ardıcıl olaraq onuncu ildir ki, Bolqarıstan əlavə iş saatına verilən ödəniş məbləğinə görə Avropa İttifaqında (Aİ) sonuncu yeri tutub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 2018-ci ildə Bolqarıstanda əlavə iş saatına görə verilən məbləğ 5,5 avro təşkil edib. Rumıniyada bu məbləğ 6,5 avro, Macarıstanda 8,1 avro, Litvada 9 avro, Latviyada isə 9,3 avro təşkil edib. Aİ-də iş saatına görə verilən ən yüksək məbləğ Lüksemburqda qeydə alınıb. Belə ki, burada əlavə iş saatına görə 46,6 avro veriblər. İkinci yerdə olan Danimarkada 40,8 avro, Belçikada isə 39,3 avro verilir. Avropa İttifaqında əlavə iş saatına görə verilən ümumi məbləğ 23,6 avro təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.