Dünya

Facebook Zukerberqin təhlükəsizliyinə təxminən 20 milyon dollar xərcləyib

13 Aprel 2019 09:09
0 Şərh     Baxış: 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Facebook" şirkəti 2018-ci ildə Mark Zukerberqin və onun yaxınlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə təxminən 20 milyon dollar xərcləyib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, M.Zukerberq "Facebook"da işinə görə ildə 1 dollar maaş alır, lakin şirkət onun öz səlahiyyətlərini yerinə yetirərkən çəkdiyi xərcləri ödəyir.

Bu xərcin məbləği 2018-ci ildə 22,6 milyon dollar təşkil edib. 22,6 milyon dolların təxminənm 20 milyonu M.Zukerberqin və onun yaxınlarının təhlükəsizliyinin təmin edilməsinə, 2,6 milyonu isə şəxsi avianəqliyyatdan istifadə ilə bağlı xərclərin ödənilməsinə istifadə edilib.

Qeyd edilir ki, son illərdə "Facebook"un rəhbərinin təhlükəsizliyinin təmin edilməsi üçün ayrılan vəsait artıb. Beləki, 2016-cı ildə M.Zukerberqin təhlükəsizliyinin təmin edilməsi üçün 5,1 milyon dollar, 2017-ci ildə - 7,6 milyon dollar ayrılıb. M.Zukerberqin avianəqliyyatdan istifadəsinin xərclərinin ödənilməsi üçün 2016-cı ildə 871 min dollar, 2017-ci ildə isə 1,5 milyon dollar ayrılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.