Dünya

Tramp Meksika ilə sərhədə əlavə hərbi kontingent göndərmək niyyətini açıqlayıb

13 Aprel 2019 08:02
0 Şərh     Baxış: 696
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ prezidenti Donald Tramp qanunsuz miqrantlarla mübarizə aparmaq üçün olkəsinin Meksika ilə sərhədə əlavə hərbi kontingent göndərmək niyyətində olduğunu bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, ABŞ prezidenti öz planlarını jurnalistlərin suallarını cavablandırarkən açıqlayıb.

Qanunsuz miqrasiya ilə mübarizə haqqında sualın cavabında D.Tramp qeyd edib: "Biz (Meksikayla) sərhədə daha çox qoşun göndərəcəyik". Lakin D.Tramp əlavə kontingentin sayının nə qədər olduğunu açıqlamayıb.

Qeyd edək ki, ötən gün ABŞ-ın müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan bildirib ki, Pentaqon cənub sərhədinə əlavə qüvvələrin göndərilməsi haqqında sorğu almayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.